Zərdabda daş sexi yanıb

Zərdab rayonunda daş sexi yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonda ümumi sahəsi 60 m² olan daş sexinin tavanı 15 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə