Goranboy rayonunda ad günü mərasimi keçirilməsinin qarşısı alınıb

Goranboy rayonunda ad günü mərasimi keçirilməsinin qarşısı alınıb

Goranboy Rayon Polis Şöbəsinə rayonun Qaradağlı kəndində ad günü mərasiminin keçirilməsi barədə məlumat daxil ol20ub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub. Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə