Tovuz sakini borcunu istəyən həmkəndlisinə 40-dan artıq bıçaq zərbəsi vurub

Tovuz sakini borcunu istəyən həmkəndlisinə 40-dan artıq bıçaq zərbəsi vurub

Tovuz rayonunun Aşağı Ayıblı kəndində bıçaqlanma hadisəsi baş verib. 1986-cı il təvəllüdlü Xəlilov Şahin Kamran oğlu 1974-cü il təvəllüdlü Əsgərov Elxan Fərman oğluna 40-dan artıq bıçaq zərbəsi vurub. Tovuz rayon Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə nəticəsində rayon sakini ağır xəsarət alsa da dünyasını dəyişməyib.

İlkin ehtimallara görə hadisəyə səbəb hər iki şəxs arasında olan borcdur. Maraqlısı o olub ki, borclu tərəf olan Xəlilov Şahin Kamran oğlu qarşı tərəfi öldürmək istəyib. Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə