Bir neçə il əvvəl Novoaltaysk sakini Rusyada avtomobil sövdələşməsində dələduzluq edərək Almaniyaya qaça bilmişdi. Amma bu yaxınlarda Almaniya həmin dələduzu Rusiyaya qaytarmaq qərarı verib. SİA bunu rus mətbuatına istinadən dərc edir.
Rus saytlarının yazdığına görə, ötən gün Rusiya Federal Penitensiar Xidməti əməkdaşlarının müşayiəti ilə Andrey Qrigorov Almaniyanın Münhen şəhərindən Moskvaya gətirilib.
Qeyd edək ki, əvvəllər iki ölkə arasında belə bir qarışılıqlı əlaqə olmayıb. Yalnız son illər iki ölkə arasında qarşılıqlı ekstradisiya haqqında qərar qəbul edilib.
Rusiyada başqa bir cinayət hadisəsi Zelenoqradda yaşanıb. Belə ki, verilən məlumata görə, burada 36 yaşlı kişi 34 yaşlı sevgilisinin iş yerinə gələrək onu bıçaqlayaraq öldürüb. Kişi həbs edilib.
Rusiyada daha bir maraqlı cinayət hadisəsi Moskva yaxınlığında yaşanıb. Burada qadının boynundan asdığı adi bir kulon onu cinayətkar gülləsindən qoruyub. Belə ki, tibbi maska taxan bir cinayətkar mağazaya girərək satıcını hədələyərək pul tələb edib. Lakin satıcı qadın pul verməkdən imtina edib. Oğrunun qadına açdığı atəş onun kulonuna dəyərək onu ölümdən xilas edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB