Evdən 10 000 manatlıq qızıl oğurlandı

Evdən 10 000 manatlıq qızıl oğurlandı

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Ü.Hacıyev və R.Cavadov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 35-ci və 36-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də rayon ərazisindəki bir evdən 10000 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Ü.Hacıyev və R.Cavadov saxlanılıblar.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə