Mağazadan oğurluq edildi

Oğurluqda şübhəli bilinən Sumqayıt şəhərinin Köhnə Corat qəsəbə sakini A.Hüseynov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da şəhər ərazisindəki mağazaların birindən 300 manat pul, danışıq kartları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Köhnə Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə