Neftçalada ev yandı

Neftçala rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 12 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə