Piyada faciəvi şəkildə öldü

Xəzər rayonunun Zuğulba qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə paytaxt sakini X.Hümbətova vurub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 8-də saat 21 radələrində Xəzər rayonunun Zuğulba qəsəbəsi ərazisində Bakı şəhər sakini Z.İsmayılov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini X.Hümbətovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə