Gəncədə 54 yaşlı şəxs özünü binanın damından ataraq intihar edib

Gəncədə 54 yaşlı şəxs özünü binanın damından ataraq intihar edib

Gəncədə 54 yaşlı şəxs özünü 5 mərtəbəli binanın dam örtüyündən atıb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə F.Əmirov küçəsində baş verib. Şəhər sakini 1967-ci il təvəllüdlü Razim Qurbanov özünü binadan ataraq intihar edib. Adı çəkilən şəxs aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Əraziyə Gəncə şəhər Baş Polis İdarəsi və Prokurorluğun əməkdaşları cəlb olunub. Hələlik mərhumun hansı səbəbdən özünə qəsd etdiyi məlum deyil.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə