Oğurluq üstündə tutuldu

Xaçmaz rayonu ərazisindəki bir mağazadan oğurluq etməkdə, habelə bir avtomobili qaçırmaqda şübhəli bilinən F.Əşrəfov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da rayon ərazisindəki bir mağazadan 200 manat pul və 50 manat dəyərində tütün məmulatı oğurlamaqda, habelə H.Qasımova məxsus “Tofaş” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini F.Əşrəfov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə