Narkotik alverçisi tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Məmişov Sabunçu rayonu ərazisində saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmişov Sabunçu rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə