Avtomobillərdən oğurluq edən dəstə yaxalanıb

Avtomobillərdən oğurluq edən dəstə yaxalanıb

Mayın 21-də 20 Yanvar küçəsində Yusif Rəsulova məxsus "Nissan" markalı avtomobildən şüşəni sındırma yolu ilə içərisindən sənədlər, kosmetik əşyalar və gödəkçə oğulanmışdır. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə bakı şəhər BPİ CAİ və Nəsimi RPİ 19-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Emin İbrahimov, Beyləqan rayon sakinləri Mərdan Abdullayev və Xəyala Hüseynova mayın 22-də yaxalanıblar. Müəyyən edilib ki, onlar mayın 22-nə keçən gecə H.Əliyev küçəsində Seymur Axundova məxsus "VAZ-21099", M.Cəlal küçəsində Tahir Məmmədova məxsus "VAZ-2105", A.Mustafayev küçəsində Zaur Xəlilova məxsus "VAZ-21099" və mayın 14-nə keçən gecə A.Məhərrəmov küçəsində Nəvai Məsmiyevə məxsus "Opel" markalı avtomobildən şüşəni sındırma yolu ilə səs gücləndiricilər, maqnitafonlar, saat və dərman preparatları oğurlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə