İsmayıllı rayonu Keşqurd kəndi ərazisindəki otlaq sahəsində şübhəli bağlamaların olması barədə Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman 2 ədəd dəmir qutunun içərisində, paslanmış vəziyyətdə avtomat güllələri aşkar edilərək götürülüb və ekspertizaya təqdim edilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB