“Ata” iki aylıq körpə oğlunu öldürüb

Vəhşilik, amma bu qədər də yox… Deməli, Rusiyanın Sverdlovsk vilayətində ata 2 aylıq körpə oğlunu ağladığına görə döyərək öldürüb. SİA bu barədə rus mətbuatına istinadən xəbər verir.

Rus saytlarından birinin verdiyi məlumata görə, Sverdlovsk vilayətinin Turinsk şəhərində 24 yaşlı gənc azyaşlı oğlunu ağladığına görə kiritmək istəyib. Uşağın ağlamaqda davam etdiyini görən, “gənc ata” uşağı silləlməyə başlayıb. Onun uşağın başına vurduğu silləsinin təsiri elə “güclü” olub ki, uşağı xəstəxanaya aparmalı olublar.

Xəstəxanada körpəyə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Əvvəllər məhkum həyatı yaşayan “ata” hadisədən sonra saxlanılıb.

Hazırda hadisənin dəqiq səbəbləri və şərtləri müəyyənləşdirilir.

Xatırladaq ki, bir müddət bundan əvvəl Volqoqrad yaxınlığında “ana”nın 4 aylıq oğlunu məhz ağladığı üçün döyərək öldürdüyü barədə məlumat vermişdik.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə