Kafedə yanğın baş verib

Göygöl rayonunun Toğanalı kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli fəaliyyət göstərməyən kafenin çardağının yanar konstruksiyaları və tavanı 25 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd soyuducunun üzlüyü qarsalanıb. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə