Rusiyanın Penza şəhərində məktəbli sinif yoldaşına bıçaqla xəsarət yetirib. SİA bu barədə rus mətbuatına istinad edir.
Maraqlısı budur ki, xəsarət yetirən məktəbli qızdır. Onun sözlərinə görə, bəzi sinif yoldaşları, qarşılaşdığı bir hadisəni həmişə ona xatırladaraq, onu lağa qoyurmuşlar. Eşitdiyi təhqirlərə bir müddət dözən qız, bir müddətdən sonra həmişə yanında bıçaq gəzdirərmiş.
Qızdan bıçaq zərbəsi alan oğlan onu lağa qoyan məktəb yoldaşlarından biri olub. Qızın dediyinə görə, bu dəfə o eşitdiyi tənəyə tab gətirməyərək bıçağa əl atıb.
Verilən məlumata görə, bıçaq zərbəsi alan məktəbli oğlan xəstəxanaya, xəsarət yetirən qız isə psixiatriya klinikasına yerləşdirilib. Qızın hətta intihara cəhd etdiyi də bildirilir.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl Moskva vilayətinin Solneçnoqorsk rayonunun Brexovo kəndindəki boş ərazidə çoxsaylı bıçaq xəsarətləri alan 16 yaşlı bir məktəblinin meyiti aşkar edilmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB