Şirvanda sərxoş sürücü qəza törədib

Şirvanda sərxoş sürücü qəza törədib

Şirvanda sərxoş sürücü qəza törədib. SİA-nın Aran Bürosuna Şirvan şəhər DYP bölməsinin inspektoru Sadiq Orucovun verdiyi məlumata görə, F. Eynullayev küçəsində sürücü Gəncəliyev Aqşin Nuruş oğlu sərxoş vəziyyətdə idarə etdiyi "VAZ 2107" markalı 10 OD 719 dövlət nömrə nişanlı avtomaşınla qarşı tərəfdən gələn eyni markalı 10 OB 582 dövlət nömrə nişanlı maşınla toqquşub.

Nəticədə sərxoş vəziyyətdə olan sürücü xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə