Mayın 22-nə keçən gecə Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən AR CM-nin 177-ci maddəsi ilə axtarışda olan Zaur Abbasov və Zöhrab Şamilov Bülbülə qəsəbəsində Binə qəsəbə sakini Hacıməli Rəhimova məxsus mağazadan qapını sındırma yolu ilə pul, danışıq kartları, ərzaq məhsulları, Əmircan qəsəbəsində Sənubər Musayevaya və Fikrət Məmmədova məxsus mağazalardan oğurluğa cəhd etdiklərinə və kassa aparatlarını yararsız hala saldıqlarına görə Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən tutulublar.
Bakı şəhər Baş Polis İdarəsinin mtbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müəyyən olunub ki, onlar yanvar, fevral və aprel aylarında Suraxanı və Əmircan qəsəbələrində Xalidə Qələndərovaya, Ziyafət Hüseynova, Qəzənfər Hüseynova və Sahib İmamverdiyevə məxsus mağazalardan pul, danışıq kartları, siqaret və ərzaq məhsulları oğurlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB