Bakıda evdən və mağazadan oğurluq edildi

Bakıda evdən və mağazadan oğurluq edildi

Xəzər rayonu ərazisindəki bir evdən və bir mağazadan oğurluq etməkdə şübhəli bilinən S.Ablasanov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-dən aprelin 1-dək olan müddətdə rayon ərazisindəki bir evdən 200 manat pul və 600 manat dəyərində qızıl-zinət əşyaları, bir mağazadan isə 300 manat pul və kameranın yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Ablasanov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə