Rusiyanın uzaq Saxalin adasındakı Tunayça gölündə xizək arabası buzun sınması nəticəsində suya qərq olub. Bildirilir ki, suda batan xizək arabasında yeddi nəfər olub: 8 və 11 yaşlı iki uşaq, üç kişi və iki qadın.
SİA bu barədə rus mətbuatına istinad edir.
Qeyd edək ki, hadisə ötən gün adanın Bauer bölgəsində baş verib. Rusiyalı xilasedicilər təcili hadisə yerinə gəliblər. Xilas edilən zərərçəkənlər sağlamlıq mərkəzinə aparılıblar. Verilən məlumata görə, xilas edilənlərdən biri koma vəziyyətinə düşdüyünə görə, Saxalinin regional xəstəxanasına çatdırılıb.
Yeri gəlmişkən bildirək ki, bu xizək arabasının buzun qırılması nəticəsində suya düşməsi ilə bağlı baş verən ilk hadisə deyil. Belə ki, bir müddət bundan əvvəl də Rusiyanın Primorye bölgəsində belə hadisə yaşanmışdı. Həmən vaxt üç uşağı olan bir rus ailəsi xizək arabası ilə birgə buzun altına düşmüşdülər. Hadisə nəticəsində ata istisna olmaqla, ailənin qadını və 7-14 yaş arası üç uşağının cəsədi tapılmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB