Rusiyanın Sverdlovsk vilayətinin sakini qədəh dostu olan sevgilisini öldürərək evdəki şkafa gizlədib. Bundan sonra, kişi heç nə olmamış kimi, oturub içki məclisini, bu dəfə tək davam etdirib. SİA bu barədə rus mətbuatına istinad edir.
Soruşanlardan segilisinin harada olduğunu bilmədiyini deyən kişi, bir müddət sonra onun meyitinin evdə saxlamağın mümkün olmadığını başa düşüb. Qadının meyidini yataq dəstinə büküb həyətdəki zibil qutusuna atmağa qərar verən kişi, “cəsarət üçün” iki şüşə araq da içib.
Lakin, hadisənin üstü tezliklə açılıb. Hazırda cinayətin bütün halları müəyyənləşdirilir. İstintaq tədbirlərini həyata keçirilir.
Qeyd edək ki, bir müddət bundan əvvəl birgə yaşadıqları sevgilisini öldürərək onun bükülü cəsədini soyuducuya yerləşdirmək istəyən qadın evinə yükdaşıyan çağırıbmış.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB