Rusiyanın paytaxtı Moskvada yaşayan 80 yaşlı təqaüdçünün bank hesabından 1.566.000 rubl oğurlanıb. Sonradan oğrunun saxta sosial işçisi olduğu məlum olub. SİA bu barədə Rusiya Daxili İşlər Nazirliyinin paytaxt Baş İdarəsinin mətbuat xidməti nümayəndəsinin sözlərinə istinad edir.
Beləliklə,1939-cu il doğumlu rus qadını aldadılması ilə bağlı polisə müraciət edib. Hazırda rus polisi özünü qadına sosial xidmət işçisi kimi təqdim edən saxtakarı axtarır.
Qadının dediyinə görə, özünü sosial xidmət işçisi kimi təqdim edən şəxs nağd ödəmə bəhanəsi ilə onun pasport məlumatlarını ələ keçirib. Bundan bir müddət sonra qadının şəxsi məbləğindəki 1.566.000 rubl yoxa çıxıb.
Hazırda rus polisi bu faktla əlaqədar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsinin “b” bəndi ilə cinayət işi açıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB