Gədəbəydə tövlə yandı

Gədəbəy rayonunun Miskinli kəndində ümumi sahəsi 50 m² olan tövlənin çardağının yanar konstruksiyaları 30 m² sahədə və çardağına yığılan 1,2 ton ot bağlaması yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə