Sərxoş həkim həmkarnı boğaraq öldürüb

Sərxoş həkim həmkarnı boğaraq öldürüb

Rusiyanın Kursk bölgəsinin Fatej şəhərində həkim tibb bacısını öldürüb. SİA bu barədə “Komsomolskaya Pravda” nəşrinə istinadən xəbər verir.

Verilən məlumata görə, ötən ilin payızında Tibb Universitetinin dördüncü kurs tələbəsi olan 21 yaşlı qız könüllü olaraq Fatej şəhərindəki xəstəxanasında işləməyə başlayıb. Amma bir neçə gün bundan əvvəl həmin xəstəxananın 30 yaşlı anestezioloq-reanimatoloqu sərxoş vəziyyətdə gənc qızı boğaraq öldürüb.

Səhər saatlarında qızın cəsədini tapan həmkarları polisə müraciət ediblər.

Polislər tərəfindən həbs edilən 30 yaşlı həkim əməlini etiraf edib. Ona qarşı “Qətl” maddəsi ilə cinayət işi başlanılıb.

Bu arada qızının arsularından danışan ata onun həm məktəbdə, həm də institutda əla oxuduğunu bildirib. Qızının neyrocərrah olmaq istədiyini bildirən ata, amma artıq hər şeyin bitdiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə