Rusiyanın Sankt-Peterburq şəhərinin baş nefroloqu Aleksandır Zemçenkov 11 ildən sonra arvadını qətlə yetirdiyini etiraf edib. SİA bu barədə rus mətbuatına istinad edir.
Verilən məlumata görə, hazırda nefroloqa qarşı “Səhlənkarlıqla ölümə səbəb olmaq” maddəsi ilə iş açılıb.
Bildirilir ki, 2010-cu il fevral ayında birgə işlədiyi həkim həmkarı ilə münasibət quran Zemçenkov arvadından ayrılmaq istəyib. Lakin həyat yoldaşı boşanmaya razılıq vermədiyindən aralarında mübahisə olub.
Dediyinə görə, qalmaqal zamanı qadını öldürən həkim onun cəsədini meşəyə apararaq basdırıb. Maraqlıdır ki, indi Zemçenkov arvadının cəsədini harada basdırdığını xatırlamır.
Qeyd edək ki, Zemçenkovun 10 il əvvəl öldürdüyü həyat yoldaçı da həkim olub.
Sankt-Peterburq məhkəməsi şəxsi münasibətlərin cinayətin motivinə çevrilə biləcəyini istisna etmir. İstintaqa görə, Zemçenkov arvadını evdə öldürdükdən sonra, onun cəsədini avtomobilə qoyaraq, Leninqrad bölgəsindəki meşədə basdırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB