Sabunçuda evdən oğurluq edildi

Sabunçu rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da rayon ərazisindəki evlərin birindən 4000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əsədov, Sumqayıt şəhər sakini N.Ələsgərov və Beyləqan rayon sakini O.Əliyev saxlanılıblar.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə