Bakının Nizami rayonunda bir nəfər qatar vurulması nəticəsində ağır xəsarət alıb.
SİA xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.
Belə ki, Babək prospektində dəmiryol relslərinin üzərində gəzən 1989-cu il təvəllüdlü İsmayılova Həyat Yaqub qızını teplavoz vurub.
Yaralı ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
Fakt Nizami Rayon Polis İdarəsində araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB