İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində soyğunçuluq törətməkdə şübhəli bilinən V.Quliyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 30-da Bəhrəmtəpə qəsəbəsi ərazisində soyğunçuluq yolu ilə qəsəbə sakini G.Şahverənovanın içərisində 2500 manat pulu, qızıl-zinət əşyaları və sənədləri olan çantasını talamaqda şübhəli bilinən həmyerlisi V.Quliyev müəyyən edilərək saxlanılıb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB