Evdə məclis keçirənlər məsuliyyətə cəlb edilib FOTO

Evdə məclis keçirənlər məsuliyyətə cəlb edilib FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər zamanı Əliabad qəsəbəsindəki fərdi yaşayış evində yığıncaq təşkil olunduğu müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, polislər tərəfindən həmin ünvana baxış keçirilən zaman sanitar-karantin qaydalarının pozulduğu aşkarlanıb və məclisi təşkil edən 5 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə