Tonlarla ot bağlaması yandı

Lerik rayonunun Veri kəndində həyətyanı sahəyə yığılan 6 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə