Bank hesablarından oğurluqların sayı 30 faiz artıb

Bank hesablarından oğurluqların sayı 30 faiz artıb

Rusiyada bu il yanvar ayının sonunda, ölkə vətəndaşlarının bank hesablarından oğurluqların sayı keçən ilin eyni dövrü ilə müqyisədə 30 faiz artıb. SİA rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın Baş Prokurorluğu etiraf etmək məcburiyyətində qalıb.

Maraqlıdır ki, bu oğurluqların əksəriyyəti Udmurtiya, Altay Respublikası və Amur bölgəsində yaşanıb. .

Təkcə yanvar ayında 24 min oğurluq hadisəsinin qeydə alşndığını bildirən rus mediası ölkənin Baş Prokurorluğuna istinadən bunun əvvəlki illə müqayisədə təqribən 7,6 faiz çox olduğunu bildirir.

Ən maraqlısı isə budur ki, bank hesablarından oğurluqların təşəkkül tapdığı bir məqmda ölkədə cibgirlik, soyğunçuluq və başqa oğurluq saylarında azalmanın müşahidə edilməsidir.

Rusiya Mərkəzi Bankının “FinCERT” hesabatına görə, keçən il bank müştərilərinə edilən hücumların sayı 2019-cu illə müqayisədə 88 faiz artıb.

Qeyd edək ki, bu hücumların əksəriyyətində telefon əlaqələrindən istifadə edilib. Təsadüfi deyil ki, Rusiyadakı banklar 2021-ci ilin əvvəllərindən bəri kiber cinayətkarların bazardakı aktivliyində müəyyən bir artım olduğunu da etiraf ediblər.

Maraqlıdır ki, bu gün Rusiyada bank saxtakarlığının çiçəklənməsini daha çox pandemiya ətrafında yaranmış vəziyyətlə əlaqələndirən rus mütəxəssisləri bu halın gələcəkdə də dəyişməyəcəyini düşünürlər. Onlar kiber cinayətkarlar tərəfindən qurulan sxemlərin çox pul gətirdiyini və onlara qarşı işlənən tədbirlərin hələ ki, elə də bir effekt vemədiyini də gizlətməyiblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə