Evləri qarət edən şəxs tutuldu

Evləri qarət edən şəxs tutuldu

Oğurluqda şübhəli bilinən Şamaxı şəhər sakini A.Mahmudov və Bakı şəhər sakini O.Həsənov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də rayon ərazisindəki evlərin birindən 1000 manat və 3000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Mahmudov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Həsənov saxlanılıblar.

A.Mahmudovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerliləri olan iki nəfərlə birgə daha bir evdən 12.000 manat pul və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilibdir.

Davam etdirilən tədbirlərlə onlardan N.Heydərov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə