Araq oğrusu bu dəfə aradan çıxa bilməyib

Araq oğrusu bu dəfə aradan çıxa bilməyib

Rusiyanın Krasnoyarsk şəhərindəki marketlərin birindən iki şüşə spirtli içki oğurlamağa cəhd edən şübhəli şəxs həbs edilib.

SİA bu barədə rus mətbuatına istinad edir.

Beləliklə, verilən məlumata görə, marketə gələn 31 yaşlı bir kişi gödəkçəsinin altında gizlətdiyi iki şüşə spirtli içkini ödəniş etmədən aradan çıxmaq istərkən, marketin mühafizəçisi tərəfindən saxlanılıb. Mühafizəçinin içkiləri yerinə qaytarmaq tələbinə məhəl qoymayan həmən şəxs bıçaq çıxararaq market mühafizəçinə hücum edib.

Sonradan rus polisi tərəfindən həbs edilən şəxsin əvvəllər də belə işlərlə məşgul olduğu ortaya çıxıb.

Verilən məlumata görə, hazırda 31 yaşlı oğrunu 10 ilədək həbs cəzası gözləyir.

Əslində, krasnoyarsklı oğrunun əməli bir müddət bundan əvvəl Moskvadakı marketlərin birindən spirtli içki oğurlamağa cəhd edən “həmkarı” ilə müqayisədə lap “toya getməlidir”.

Çünki moskvalı içki oğrusu “həmkarı”ndan fərqli olaraq, marketdən ümumi dəyəri 20 min rubldan artıq olan şampan şərabları oğurlayarkən həbs edilmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə