Oğul anasını bıçaqladı

Lənkəranda oğul anasını bıçaqlayıb. SİA xəbər verir ki, hadisə Lənkəran şəhəri Rövşən Bayramov küçəsi 29 ünvanında baş verib.

Belə ki, 1948-ci il təvəllüdlü Rəisə Əzizova bədəninin müxtəlif yerlərində kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin R.Əzizovanın oğlu tərəfindən ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə