Bakının Xəzər rayonunda qadının həyat yoldaşı tərəfindən mütamadi olaraq döyülərək fiziki zorakılığa məruz qalması faktı ilə əlaqədar cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata örə, Xəzər Rayon Polis İdarəsi İstintaq şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (Əzab vermə – Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB