Şuşa polisi şəhid ailələrini ziyarət edib

Şuşa polisi şəhid ailələrini ziyarət edib

Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların ailələrini ziyarət edib, bayram münasibətilə onları təbrik ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Vətən Müharibəsində şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar barədə danışılıb.

Onların mərdliyi və şücaəti sayəsində torpaqlarımızın işğaldan azad edildiyi qeyd olunub.

Şəhidlərimizin ailə üzvləri göstərilən diqqətə görə polis əməkdaşlarına təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə