Şimali Koreya yeni raketinin sınağını keçirdi

Şimali Koreya yeni raketinin sınağını keçirdi

Şimali Koreya yeni növ raketin sınağını həyata keçirib. SİA-nın məlumatına görə, modifikasiya olunmuş bu yeni raket taktiki idarəetmə sisteminə malikdir. Bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

Qeyd edilir ki, Şimali Koreya lideri Kim Çen In raketin sınaq prosesində iştirak etməyib. Sınaqlar zamanı iki raket Yapon dənizində altı yüz kilometr məsafədə olan hədəfi vura bilib. Bu döyüş raketinin çəkisi 2,5 tondur.

Xatırladaq ki, Şimali Koreyanın son böyük raket sınağı keçən ilin aprelin 14-də həyata keçirilmişdi. Həmin vaxt Munçxon şəhərindən bir neçə qanadlı raket atılmışdı ki, onların da təxminən 150 kilometr uçduğu bildirilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə