Şirvan şəhərində polis yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirib. Polis Şöbəsinin DYP və PPX bölməsi əməkdaşlarının cəlb olunduğu reyd Şirvan şəhərinin Heydər Əliyev və M. Rəsulzadə prospektlərində təşkil olunub. Şirvan şəhər DYP bölməsinin rəisi Samir İsmayılov SİA-nın Aran bürosuna verdiyi açıqlamada bildirib ki, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbirlər görülür: "Bu gün keçirdiyimiz reyd zamanı müxtəlif qayda pozuntularına görə inzibati protokollar tərtib edilib, 32 avtomobil sənədlərində çatışmazlıq olduğundan və bəzi maşınlar standartlardan kənar vəziyyətə gətirildiyi üçün cərimə meydançasına aparılıb. Bundan sonra da tərəfimizdən reydlər davam etdiriləcəkdir".
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB