Gəncədə iki qardaşın bıçaqlanması faktı qeydə alınıb

Gəncədə iki qardaşın bıçaqlanması faktı qeydə alınıb

Gəncədə iki qardaşın bıçaqlanması faktı qeydə alınıb.

SİA-nın bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verib.

Bıçaqlanan şəxslər 1991-ci il təvəllüdlü Dadaşov Salman Aydın oğlu və onun qardaşı 1992-ci il təvəllüdlü Dadaşov Osman Aydın oğludur. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlar artıq əməliyyat olunublar.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalar aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə