Yevlaxda yük maşını minik avtomobili ilə toqquşub

Yevlaxda yük maşını minik avtomobili ilə toqquşub
Yevlaxda yük maşını minik avtomobili ilə toqquşub. SİA-nın Gəncə müxbirinin məlumatına görə, hadisə magistral yolun Yevlax şəhərindən keçən hissəsində, yol dairəsində baş verib. "Shacman" markalı yük maşını "VAZ 2115" markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan "VAZ"-ın iki sərnişini - Göyçay rayon sakinləri, 1968-ci il təvəllüdlü Salahov Habil Taleh oğlu və 1985-ci il təvəllüdlü Ağayev Nicat Azər oğlu Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə