Kürdəmirdə avtomobillər toqquşub, xəsarət alanlar var - FOTO

Kürdəmirdə avtomobillər toqquşub, xəsarət alanlar var -  FOTO

Kürdəmir rayonunda yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə şəhərin Babək prospektində qeydə alınıb.

Belə ki, KIA markalı avtomobil “VAZ-2106” markalı maşınla toqquşub. Nəticədə “VAZ-2106” markalı maşının sürücüsü və sərnişini yüngül xəsarət alıb.

Fakt bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə