Daşkəsən sakini qonşusunu bıçaqlayıb.
SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun özündə baş verib.
1964-cü il təvəllüdlü İqbal Museyib oğlu İsmayılov qonaq getdiyi qonşusunun evində bədəninin 4 nahiyəsindən bıçaqlanıb. Ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılan 57 yaşlı şəxs əməliyyat edilib.
İlkin məlumata görə, İ.İsmayılov qonşusunun evinə qonaq gedib.Yeyib içdikdən sonra onlar arasında mübahisə düşüb və sonuncu bıçaqlanıb.
Hazırda yaralının vəziyyəti orta ağırdır. Faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB