Gəncədə üç maşın toqquşub, xəsarət alanlar var

Gəncədə üç maşın toqquşub, xəsarət alanlar var

Gəncədə 3 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin H.Əliyev prosspektində baş verib. "Nissan" markalı avtomobil hərəkətdə olan daha iki avtomobillə toqquşub.

Hadisə zamanı 1996-cı il təvəllüdlü Həsənov Əli Sərxan oğlu və 2004-cü il təvəllüdlü Seyidov Fərid Elman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. İlkin məlumata görə, yaralıların vəziyyəti orta ağırdır.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri dəqiqləşdirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə