Gəncədə bıçaqlanma hadisəsi baş verib.
SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə köhnə Yevlax avtovağzalının yaxınlığında qeydə alınıb.
1981-ci il təvəllüdlü Emin Quliyev döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstə əməliyyat olunub.
İlkin məlumata görə, hadisəyə səbəb bıçaqlanan şəxslə qardaşı arasında baş vermiş mübahisə olub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB