Taksi sürücüsü ilə müştərisi arasındakı davada sərnişin döyülüb

Taksi sürücüsü ilə müştərisi arasındakı davada sərnişin döyülüb

Gəncə şəhərində taksi sürücü ilə müştəri arasında insident yaşanıb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə nəticəsində sərnişin - 1984-cü il təvəllüdlü İsmayılov Elvin Süleyman oğlu döyülüb.

Müxtəlif bədən xəsarətləri alan 37 yaşlı şəxsə tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır. Həlik sürücü və sərnişin arasında yaşanan insidentin hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı polisə məlumat verilib, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə