Goranboy rayonunda bıçaqlanma faktı qeydə alınıb.
SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli kəndində baş verib.
Rayon sakini - 1986-cı il təvəllüdlü Azər Şərifov kürək nahiyəsindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Hazırda vəziyyəti orta-ağırdır.
İlkin məlumata əsasən, A.Şərifov borcunu istəyərkən iki nəfər tərəfindən bıçaqlanıb.
Faktla bağlı polisə məlumat verilib. Hadisəni törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB