Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
SİA xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “VAZ 21011”-ə dəyərək yol kənarındakı ağaclara çırpılıb. Nəticədə 2 nəfər ölüb, 1 nəfər ağır yaralanıb. Ölənlər Dəmirçilər kənd sakini 57 yaşlı Ziyarət Xəlilov və onun övladı 27 yaşlı Xəlilov Elvin Ziyarət oğludur. Həmçinin 26 yaşlı Cövdət Qasımov və Məhərrəm Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB