Hacıqabulda ağır yol qəzası: 2 ölü, 2 yaralı - FOTO

Hacıqabulda ağır yol qəzası: 2 ölü, 2 yaralı - FOTO

Dünən axşam saatlarında, təxminən 22:00 radələrində Hacıqabul rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. BDYP-nin 7 tağımının inspektoru Elsevər Şirəliyevin hadisə barədə SİA-nın aran bürosuna verdiyi məlumata görə, Bakı-Qazax yolunun 114-ci kilometrliyində təmir işləri ilə əlaqədar yolun hərəkət hissəsi birtərəfli olduğundan "Mercedes" və "VAZ 2106" markalı maşınlar toqquşub. Nəticədə 2 nəfər hadisə yerində dünyasını dəyişib, 2 nəfər isə müxtəlif növ bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. Dünyasını dəyişənlərin hər ikisi "VAZ 2106" markalı maşında olublar. Cəsədləri avtomaşından Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə gələn xilasediciləri çıxarıblar. Yaralıların durumu barədə isə Şirvan xəstəxanasının həkimi Tofiq Hüseynov məlumat verərək bildirib ki, "Mercedes" markalı maşının sürücüsü Əhədov Rafiq Qibləli oğlu döş qəfəsinin əzilməsi və sol əlin arxasının kəsilmiş deşilmiş yarası, digər yaralı qadın ağır kəllə beyin travması və beyin koması diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib. Müalicə davam etdirilir.



İqbal Mikayılov.

Bütün xəbərlər Facebook səhifəmizdə