Vanın Erciş ərazisindən gələn cinayət xəbəri qan dondurub. SİA-nın Türkiyə mətbuatına istinadən paylaşdığı məlumata görə, naməlum səbəbdən 28 yaşlı 4 uşaq anası mübahisə etdiyi 10 illik həyat yoldaşı tərəfindən ov tüfəngi ilə öldürülüb. Polis cinayətkarı tutmaq üçün 112 Təcili Çağrı Mərkəzinə xəbərdarlıq edərək əməliyyata başlayıb.
Alkanat Məhəlləsində yaşayan və 3 gün əvvəl işə getdiyi Çanaqqaladan qayıdan 31 yaşlı kişi və 28 yaşlı həyat yoldaşı naməlum səbəbdən mübahisə edib.
Mübahisənin böyüməsindən sonra evdəki ov tüfəngindən arvadına atəş açan kişi, daha sonra 112 Təcili Yardım Mərkəzinə xəbərdarlıq edərək evdən qaçıb. Hadisə yerinə gələn təcili yardım ölən qadının cəsədini Erciş Şəhid Rıdvan Çevik Dövlət Xəstəxanasının morquna aparıblar.
Məhəllədə təhlükəsizlik tədbirləri görən İlçe Təhlükəsizlik Müdirliyi qrupları qaçan şübhəlinin saxlanılması üçün tədbirlər həyata keçirir. Mübahisə zamanı evdə olan cütlüyün dörd övladı isə sığınacağa alınıb.
Ayşən Sadıxzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB