Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 17-də saat 23 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Quliyev idarə etdiyi “Opel” markalı avtomobili qarşıda gedən Abşeron rayon sakini E.Nəbiyevin idarə etdiyi “AzSamand” markalı avtomobilə vurduqdan sonra yolun kənarında dayanmış “Mercedes” markalı yük avtomobilinə dəyib. Nəticədə V.Quliyev aldığı xəsarətlərdən hadisə yerində ölmüş, sərnişini xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB